Maliyyə şöbəsi – Böyük mütəxəssis
Enerji Məsələlərini Tənzimləmə Agentliyi • Tam ştat

Təsvir

  • Maliyyə hesabatlarının beynəlxalq standartlarının və AR qanunlarının Agentliyin maliyyə-təsərrüfat əməliyyatlarının uçotuna tətbiqində iştirak edir;
  • Debitor və kreditorlarla aparılmış alqı-satqı əməliyyatlarının və ödənişlərin uçotuna nəzarət edir;
  • İcra etdiyi vəzifələrə uyğun olaraq metodoloji sənədlərin hazırlanmasını həyata keçirir;
  • Agentliyin mühasibat uçotunun uçot siyasətinə, AR qanunlarına və beynəlxalq standartlara uyğunluğunu yoxlayır;
  • Əmək haqqı,məzuniyyət,əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti və digər ödənişləri hesablayır və ödənilməsini təmin edir ;
  • Agentliyin xərclər smetasının layihəsinin hazırlanmasınında iştirak edir və maliyyə vəsaitlərinin xərclər smetasına uyğun istifadəsini yoxlayır, kənarlaşmaları təhlil edir və təkliflər verir;
  • Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Agentliyin maliyyə hesabat(lar)ını hazırlayır, audit zamanı zəruri sənədlərin və məlumatların kənar auditorlara verilməsini həyata keçirir;
  • Fəaliyyət istiqamətləri üzrə hesabatlar hazırlayır, rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır;
  • Boşluqların aradan qaldırılması üçün tələbdən yaranan maliyyə təhlillərini aparır, ehtiyac yarandıqda müvafiq təlimatları hazırlayır;
  • Hesabat və analizlər, eləcə də tapşırıqların gedişatı və nəticələri bərədə rəhbərini və aidiyyəti şəxsləri vaxtında məlumatlandırır;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.


İş şəraiti:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibat ixtisasları üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzu olunandı)
  • Maliyyə və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
  • Yaş həddi 28-45 aralığı;
  • ACCA F3, F7 səviyyələrinin və ya ekvivalent dərəcələrinin müvəffəqiyyətlə tamamlanması
  • Yüksək korporativ ünsiyyət bacarığı
  • Yüksək səviyyədə Excel bilikləri 1C 8.3 proqramı ilə sərbəst işləmə bacarığı PMS və əlavə beynəlxalq (ACCA, CPA və s.) sertifikatlarının mövcudluğu üstünlükdür.
  • e-gov, e-taxes və digər proqramları ilə sərbəst işləmə bacarığı
  • Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri arzuolunandır


Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Maliyyə şöbəsi – Böyük Mütəxəssis) qeyd edin.

İş rejimi Tam ştat
Təcrübə 3 il
Əmək haqqı Razılaşma yolu ilə

Müraciət üçün əlaqə

vacancy@regulator.gov.az