"Azərişıq": "Yaşıl enerji zonası"nın tələblərinə uyğun izolyasiyalı kabel xəttinin tətbiqinə başlanılıb
                        
                                                                                                                                        AZƏRBAYCAN
                                                                        
                                                                                    
                        
                        
                            
                                - 
                                    25.07.2023 15:34 (UTC+04:00)
 
                              
                            
                            "Azərişıq" ASC "yaşıl enerji zonası"nın tələblərinə uyğun olaraq artıq  35 kVt-saat izolyasiyalı kabel xəttinin tətbiqinə başlanılıb.
Renewables.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bu izolyasiyalı kabel xətti ilə həmçinin internet ötürüləcək.
A.Məmmədzadə "Azərişıq" ASC-nin gənc mütəxəssislərin təkmilləşdirilməsi, kadr islahatları planından danışıb, ölkədə, əsasən də işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.