"Yaşıl hidrogen" istehsalı Azərbaycan üçün çox səmərəlidir - Vilayət Vəliyev
TƏMİZ HİDROGEN
-
30.11.2022 16:32 (UTC+04:00)
"Yaşıl hidrogen" istehsalı Azərbaycan üçün çox səmərəlidir.
"Berpaolunanenerji.az"ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev "Yaşıl" hidrogen və bərpa olunan enerji" adlı tədbir zamanı deyib.
Onun sözlərinə görə, "yaşıl" enerji istehsalı üzrə layihələr 2050-ci ilədək parnik qazı tullantılarını 40 faizədək azatlmağa imkan verəcək.
V.Vəliyev bildirib ki, bu hədəfin əldə olunmasında Qaradağda günəş elektrik stansiyasının, eləcə də Qarabağda külək elektrik stansiyasının tikintisi rol oynayacaq.