“Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi”nin texniki tapşırığı təsdiq edilib
                        
                                                                                                                                        AZƏRBAYCAN
                                                                        
                                                                                    
                        
                        
                            
                                - 
                                    25.07.2023 16:14 (UTC+04:00)
 
                              
                            
                            Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib.
Renewables.az-ın məlumatına görə, iclasda “Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi”nin texniki tapşırığı təsdiq edilərək layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib.