Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası təsdiqlənib
                        
                                                                                                                                        AZƏRBAYCAN
                                                                        
                                                                                    
                        
                        
                            
                                - 
                                    02.08.2023 14:56 (UTC+04:00)
 
                              
                            
                            
Renewables.az xəbər verir ki, bununda bağlı Azərbaycan Respublikasının Prezidenti yeni Fərman imzalayıb.
Energetika Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qayda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə istehsalçı ilə bağlanılan müqavilələrin xüsusiyyət və şərtlərini, eləcə də bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını müəyyən edir.