Bərpa olunan enerji mənbələri Azərbaycan və Çili arasında əməkdaşlığın ən vacib sahəsidir - Diplomat

AZƏRBAYCAN

image

Azərbaycan və Çili arasında əməkdaşlığın ən vacib sahəsi bərpaolunan enerji mənbələri sektorudur.

Bunu Trend-ə Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan K. Salazar Amputant Futbolu üzrə Millətlər Liqasının açılış mərasimi çərçivəsində bildirib.

“Əgər Çilinin Azərbaycanla kommersiya və ya iqtisadi münasibətlərə marağından danışsaq, ilk növbədə qeyd etməliyəm ki, bizim üçün ən böyük əhəmiyyət daşıyan sahə enerji sektorudur. Xüsusilə bu, iqlim məqsədlərinə nail olmağa kömək edəcək yeni və ekoloji cəhətdən təmiz enerji mənbələrinə aiddir, bununla yanaşı iqtisadiyyatda bərpaolunan enerji mənbələrinin aktivləşdirilməsinə və daha səmərəli istifadəsinə töhfə verir”,- deyə diplomat qeyd edib.



OXŞAR XƏBƏRLƏR