MDB-də ilk günəş enerjili elektromobil doldurma stansiyası Astanada istifadəyə verilib

26 avqust 2026, 15:57 (UTC+4)
REGİON GÜNƏŞ
EDITOR
image
© Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi

MDB-də ilk dəfə elektromobillər üçün tam avtonom günəş enerjisi ilə işləyən şarj stansiyası Qazaxıstanın paytaxtı Astanada təqdim olunub.

Renewables.az xəbər verir ki, bu barədə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Yeni stansiya şəhər elektrik şəbəkəsindən asılı olmadan (off-grid) fəaliyyət göstərir. “Alatau” İdman Kompleksinin ərazisində yerləşən stansiya yerli “BOLASHAQ POWER” şirkəti tərəfindən hazırlanıb. Stansiya 100 kVt gücündə günəş elektrik stansiyası və 645 kVts tutumlu enerji saxlama sistemini birləşdirir.

Elektomobil doldurma məntəqəsinin açılışında rəsmi və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Renewables.az