Pərviz Şahbazov Hindistanın ölkəmizdəki səfirini qəbul edib
                        
                                                                                                                                        AZƏRBAYCAN
                                                                        
                                                                                    
                        
                        
                            
                                - 
                                    21.06.2023 16:33 (UTC+04:00)
 
                              
                            
                            Energetika naziri Pərviz Şahbazov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananı qəbul edib.
Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, görüş zamanı ölkəmizdə energetika sektorunda həyata keçirilən layihələr, bu sahənin inkişafı üzrə görülən işlər barədə məlumat verilib, iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.