Pərviz Şahbazov TDT üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 3-cü iclasında iştirak edəcək
AZƏRBAYCAN
-
29.03.2023 15:01 (UTC+04:00)
Energetika naziri Pərviz Şahbazov martın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 3-cü iclasında iştirak edəcək.
Renewables.az-a bu barədə Nazirlikdən məlumat verilib.
Tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.