Prezident: "Naxçıvanda günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat"
                        
                                                                                                                                        AZƏRBAYCAN
                                                                        
                                                                                    
                        
                        
                            
                                - 
                                    11.07.2023 21:00 (UTC+04:00)
 
                              
                            
                            Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur.
Renewables.az Prezidentin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
"Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat", - İlham Əliyev bildirib.