Səudiyyə Ərəbistanında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək
AZƏRBAYCAN
-
23.05.2023 14:55 (UTC+04:00)
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun dəvəti ilə bu ölkəyə səfər edib.
Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında energetika sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.