Yaşıl enerjinin Azərbaycandan Avropaya ötürülməsi üçün birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunu imzalanıb
                        
                                                                                                                                        AZƏRBAYCAN
                                                                        
                                                                                    
                        
                        
                            
                                - 
                                    25.07.2023 13:08 (UTC+04:00)
 
                              
                            
                            Azərbaycan Xəzər dənizindən Avropaya "yaşıl enerji"nin ötürülməsi ilə bağlı 3 ölkə ilə birgə müəssisə yaradacaq.
Renewables.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov tviter hesabında yazıb.
"Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstandan olan həmkarlarla yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün 4 ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunu imzaladıq", - nazir tvitində qeyd edib.