İnzibati mütəxəssis (Çin dilli)
Universal Solar Azerbaijan MMC
Description
Komandamıza Çin dili bilən inzibati mütəxəssis axtarırıq. Bu vəzifənin əsas məqsədi Çin və Azərbaycan dilli əməkdaşlar arasında işgüzar ünsiyyətin və qarşılıqlı anlaşmanın təmin edilməsidir. Mütəxəssis əsasən O&M (Operations&Maintenance) əməkdaşları ilə onların çin dilli rəhbəri arasında şifahi tərcüməni həyata keçirəcək.
Əsas vəzifələr
- O&M əməkdaşları ilə rəhbərlik arasında görüşlər və gündəlik iş prosesində Çin dili Azərbaycan dili üzrə şifahi tərcümənin həyata keçirilməsi;
- Texniki və əməliyyat məsələləri ilə bağlı söhbətlərin dəqiq və operativ tərcümə edilməsi;
- İş tapşırıqlarının, göstərişlərin və izahların əməkdaşlara düzgün çatdırılmasına dəstək göstərilməsi;
- Zərurət yarandıqda yazılı tərcümələrin həyata keçirilməsi;
- Çin və Azərbaycan əməkdaşları arasında effektiv kommunikasiya və koordinasiyaya dəstək;
- İş prosesində istifadə olunan texniki terminologiyanın mənimsənilməsi və düzgün tətbiqi.
Tələblər
- Çin dilini yüksək səviyyədə bilmək – əsas tələb;
- Azərbaycan dilini səlis bilmək;
- Şifahi tərcümə və kommunikasiya bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Texniki terminləri öyrənmək və tətbiq etmək bacarığı;
- Energetika, elektrik mühəndisliyi və ya digər texniki sahələr üzrə bilik və ya iş təcrübəsi üstünlükdür;
- Günəş elektrik stansiyası və ya energetika sahəsində təcrübə əlavə üstünlük hesab olunur.
İş şəraiti
- İş yeri: Ələt, Qobustan Günəş Elektrik Stansiyası;
- İş rejimi: növbəli iş qrafiki;
- Peşəkar və beynəlxalq iş mühiti;
- Energetika və bərpa olunan enerji sahəsində inkişaf imkanı.
Uyğun namizədlər CV-lərini mövzu yerinə "Çin dilli inzibati mütəxəssis" yazıb göndərə bilərlər.
Employment type
Tam iş günü
Experience
Tələb yoxdur
Salary
Razılaşma yolu ilə
Application contact
hr.az@universalenergy.com