Pərviz Şahbazov Qırğızıstan Enerji Forumuna dəvət olunub

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov iyunda Vyanada keçiriləcək Qırğızıstan Enerji Forumunda iştirak edəcək.

Renewables.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev “Kabar” agentliyinə müsahibəsində bildirib.

“İyunun 10-11-də Vyanada Qırğızıstan Enerji Forumu keçiriləcək. Bu tədbiri Dünya Bankı və Qırğızıstanın Energetika Nazirliyi təşkil edəcək. Aprelin 25-də Bakıya səfərim zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazovu foruma dəvət etdim. O, forumda iştirakla bağlı razılıq verdi”, - T.İbrayev vurğulayıb.

Onun sözlərinə görə, foruma Qırğızıstanın qonşu dövlətlərinin - Tacikistan, Özbəkistan və Qazaxıstanın energetika nazirləri də dəvət olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *