- Səbail rayon 189-190 nömrəli məktəbdə şagirdlərlə maarifləndirici görüşün təşkili
- “Enerjini özün YARAT” adlı challenge-də 50 şagird seçimi müsabiqəsi
- Alternativ enerji vasitələrinin məktəbə gətirilməsi, praktik işlərin başlanması
- Şagirdlərlə praktik seminarların təşkili
- Yarış üçün ideya və müəllim heyətinin seçimi
- "Yaşıl texnologiya" adlı yarışın təşkil edilməsi
- “Enerjini özün YARAT” adlı çağırışda təbliğat materiallarının hazırlanması
- Açıq qapı günlərinin keçirilməsi
- Görülən işləri KİV-də ictimailəşdirmək
"Enerjini özün YARAT": məktəblilərə alternativ enerji təlimləri keçirilir
19 aprel 2022,
16:31 (UTC+4)
ÖLKƏ
“Enerjini özün YARAT!” layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib gəlmiş layihə olaraq 01 noyabr 2021-ci il tarixindən icra planına uyğun olaraq fəaliyyətinə başlamışdır.
"Berpaolunanenerji.az" xəbər verir ki, layihənin məqsədi 7-11-ci sinif şagirdləri arasında müxtəlif vasitələrdən istifadə edərək STEAM, Fizika, Biologiya, İnformatika elmlərinin bacarığa çevrilərək alternativ enerji mənbələri layihələri işləməsi, qazandıqları bilik və bacarıqları yarışlarda sınaması və təbliğat materialları hazırlamasıdır.
Layihənin icrası müddətində aşağıdakı işlərin reallaşdırılması nəzərdə tutulmuşdur:
ADVERTISEMENT