Çin Zimbabvedə 1 QVt gücündə üzən günəş elektrik stansiyası quraşdıracaq
GÜNƏŞ
-
14.04.2023 10:04 (UTC+04:00)
Çinin dövlət enerji şirkəti "China Energy" Cənubi Afrika ölkəsi olan Zimbabvedə 987 milyon dollar dəyərində 1 000 MVt (1 QVt) gücündə üzən günəş elektrik stansiyası quraşdırmağı təklif edib.
Renewables.az Bloomberg-ə istinadla xəbər verir ki, Zimbabvedə köhnəlmiş kömür elektrik stansiyalarının səmərəliliyinin azalması və qoyuluş gücü 1 050 MVt olan Kariba Su Elektrik Stansiyasında suyun səviyyəsinin aşağı olması səbəbindən elektrik enerjisinə olan tələbatını ödəyə bilmir.
“Layihənin iş həcminə 1 000 MVt dəyişən günəş fermasının və 330 kV/33 kV gücləndirici stansiyanın layihələndirilməsi, satın alınması, tikintisi və istismara verilməsi daxildir”, - sənəddə deyilir.