Çində 2210 metr yüksəklikdə inşa edilən külək elektrik stansiyası istismara verilib

DÜNYA KÜLƏK

28 dekabr 2023 11:09 (UTC+4)
image

Çinin Yunnan əyalətində 2210 metr yüksəklikdə inşa edilən 860 MVt gücündəki "Jinping West" Külək Elektrik Stansiyası (KES) istismara verilib.

Renewables.az-ın xarici KİV-ə istinadən məlumatına görə, KES ölkənin dağlıq ərazi relyefində inşa edilən ən böyük stansiyadır.

Məlumata görə, KES-də qurulan 310 ədəd külək turbininin 172-i elektrik enerjisi şəbəkəsinə qoşulub. 

Stansiyanın tam istismara verilməsindən sonra 2,6 milyard kVt-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da 2 milyona yaxın evin elektrik enerjisini qarşılaya biləcək.

OXŞAR XƏBƏRLƏR