Ötən il hidroenerji istehsalı 10 faiz artıb

AZƏRBAYCAN HİDRO

13 yanvar 2024 16:56 (UTC+4)
image

2023-cü ildə Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 1 milyard 757,2 milyon kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 161,5 mln. kVt-saat və ya 10 faiz çoxdur. 

Ötən il "Azərenerji" ASC üzrə SES-lərdə 1 milyard 647 milyon kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 95,02 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

OXŞAR XƏBƏRLƏR