İlham Əliyev: "Aİ ilə enerji dialoqunda yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub"
AZƏRBAYCAN
11 yanvar 2023 • 10:46 (UTC+4)
Biz artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verdik.
"Renewables.az" Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Prezident bildirib: "Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub. Ona görə bu, çox böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirə biləcək bir layihədir".