2025-ci il Azərbaycan üçün bərpa olunan enerji sahəsində mühüm qərarların, iri investisiya layihələrinin və beynəlxalq tərəfdaşlıqların genişləndiyi il kimi yadda qaldı. İl ərzində normativ-hüquqi təşəbbüslərdən tutmuş günəş, külək və su elektrik stansiyalarının inşası, yaşıl enerji dəhlizlərinin inkişafı və yeni texnologiyaların tətbiqinədək bir sıra əhəmiyyətli hadisələr baş verdi.
Renewables.az 2025-ci il üzrə yaşıl enerji sektorunda baş vermiş əsas hadisələri xronoloji ardıcıllıqla təqdim edir:
- 1 yanvar – Azərbaycanda dövlət-özəl tərəfdaşlığı ilə həyata keçirilən bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalı vergidən azad edilib.
- 3 fevral (qeyri-dəqiq tarix) – Rumıniyanın Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi”nin icrası məqsədilə “Green Energy Corridor Power Company” (“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”) rəsmi fəaliyyətə başlayıb.
- 12 fevral – "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
- 19 fevral – Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi dərc edilib.
- 4 aprel – Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
- 4 aprel – Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədilə “Azərenerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalanıb.
- 4 aprel – “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
- 4 aprel – “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında Anlaşma Memorandumu” imzalanıb.
- 4 aprel – Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” MMC arasında Azərbaycan Respublikasında (Cəbrayılda) 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi imzalanıb.
- 4 aprel – Azərbaycan Respublikası Hökuməti və “Clean Energy Jabrayil” MMC arasında Azərbaycan Respublikasında (Cəbrayılda) 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya Müqaviləsi imzalanıb.
- 4 aprel – Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb.
- 4 aprel – “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında Energetika Sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb.
- 11 aprel – Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Moldovanın Energetika Nazirliyi yanında Milli Dayanıqlı Enerji Mərkəzi arasında “Bərpa olunan enerji sahəsində əməkdaşlığın təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb.
- 22 aprel – “Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” MMC arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi” imzalanıb.
- 22 aprel – “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi” imzalanıb.
- 22 aprel – “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən Günəş Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi” imzalanıb.
- 22 aprel – “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi imzalanıb.
- 22 aprel – Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Bərpaolunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu” imzalanıb.
- 22 aprel – “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu” imzalanıb.
- 7 may – Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ("yaşıl enerji") ilə təchizatına dair əlavə tədbirlər haqqında Fərman imzalayıb.
- 7 may – “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
- 27 may – Prezident İlham Əliyev Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyalarının açılışında iştirak edib.
- 2-4 iyun – Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” keçirilib.
- 2 iyun – 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya sənədləri imzalanıb.
- 2 iyun – Şəfəq GES layihəsi üzrə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti ilə “Azerenerji” ASC arasında “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
- 2 iyun – Energetika Nazirliyi ilə “Universal Solar Azerbaijan” MMC arasında 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası layihəsi üzrə “Torpaq icarə müqaviləsi”, “Azərenerji” ASC ilə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
- 2 iyun – Energetika Nazirliyi və “China Energy Engineering Corporation Limited” şirkəti arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.
- 26 iyun – Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “China Datang Overseas Investment Co. Ltd” arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
- 27 iyun – Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatına dair Saziş” imzalanıb.
- 1 iyul – “Azərenerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Kredit Müqaviləsi” və “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Zəmanət Sazişi” imzalanıb.
- 1 iyul – “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib.
- 16 iyul – Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
- 23 iyul – Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında energetika sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
- 3 avqust (qeyri-dəqiq tarix) – "Xızı-Abşeron" KES test rejimində enerji istehsalına başlayıb.
- 12 avqust – Biləsuvarda gücü 445 meqavat olacaq GES layihəsi ilə bağlı ilk günəş paneli dayağının quraşdırılması və tikinti işlərinə başlanılıb.
- 21 avqust – Kəlbəcər rayonunun Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı olub.
- 4 sentyabr – Türkiyənin İzmir şəhərində Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib.
- 9 sentyabr – Azərbaycanda “İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi” texniki yardım layihəsinin icrasına başlanılıb.
- 9 sentyabr – İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə Azərbaycanda yaradılan Təmiz Enerji Mərkəzi (CECECO) rəsmi fəaliyyətə başlayıb.
- 9 sentyabr – Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə Çinin “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” arasında Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb.
- 10 sentyabr – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və "SOCAR Green" MMC arasında əməkdaşlıq çərçivəsində enerji effektivliyi müqaviləsi və niyyət razılaşması imzalanıb.
- 16 sentyabr – “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
- 16 sentyabr – “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında Azərbaycan Respublikasının yaşıl enerji zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
- 22 sentyabr – İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Çinin "China Datang Overseas Investment Co." şirkəti arasında Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.
- 25-26 sentyabr – Bakıda “Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi” keçirilib.
- 2 oktyabr – 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş panelinin quraşdırılması mərasimi keçirilib.
- 21 oktyabr – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında 1 milyard kVts elektrik enerjisinin istehsalı münasibəti ilə tədbir keçirilib.
- 21 oktyabr – “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” mübadilə edilib.
- 21 oktyabr – “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalanıb.
- 28 oktyabr – Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməlini qoyub.
- 5 noyabr (press-reliz) – “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri Onillik Şəbəkə İnkişaf Planı (TYNDP 2026) portfelinə daxil edilib.
- 12 noyabr – Energetika Nazirliyi, Çinin "China Datang Overseas Investment Co. Ltd" və "SOCAR Green" MMC şirkətləri arasında "Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi" imzalanıb.
- 28 noyabr – Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.
- 2 dekabr – “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi" imzalanıb.
- 3 dekabr – 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının inşası çərçivəsində ilk panel quraşdırılıb.
- 8 dekabr – “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” və Böyük Britaniyanın “Xlinks” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
- 15 dekabr (press-reliz) – Abşeron və Ağdaş yarımstansiyalarının ərazisində regionun ən iri batareya enerji saxlanc sistemlərinin qurulmasına başlanılıb.
