ABŞ-nin Oreqon ştatındakı vulkanın ətəklərində Yer üzündəki ən isti geotermal elektrik stansiyasını inşa edilir.
Stansiya ABŞ Geoloji Xidmətinin “ABŞ-də ən böyük və ən təhlükəli aktiv vulkanlardan biri” adlandırdığı Nyuberri Vulkanının enerjisindən bəhrələnəcək. Bu sahədə temperatur artıq təxminən 333°C-yə (629°F) çatıb ki, bu da onu dünyanın ən isti geotermal məkanlarından birinə çevirir.
"Mazama Energy" startapı tərəfindən tikilən stansiya gələn il yaxınlıqdakı evlərə və müəssisələrə elektrik satmağa başlayacaq.
Bildirilir ki, bu, geotermal enerjinin yeni dövrünü başlada bilər — fasiləsiz çalışan təmiz enerji mənbəyini kiçik roldan çıxarıb dünyanın elektrik sistemlərində əsas oyunçulardan birinə çevirə bilər.
Bu gün geotermal enerji dünyanın elektrik istehsalının 1 faizindən azını təşkil edir. Lakin yüksək temperaturlu qayalardan enerji alınması və digər texnoloji irəliləyişlər bu payı 2050-ci ilə qədər 8 faizə çatdıra bilər, — deyə Beynəlxalq Enerji Agentliyi (IEA) bildirir. IEA-ya görə, yüksək temperaturlardan istifadə edən geotermal enerji nəzəri olaraq dünyanın istifadə etdiyi elektrikdən 150 dəfə çox enerji istehsal edə bilər.
