Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Abşeron ərazisində külək turbinlərinin inşasını başa çatdırıb.
Renewables.az-ın əldə etdiyi məlumata görə, Abşeronda 12 ədəd külək turbini, başqa sözlə 78 MVt "güc" quraşdırılıb.
Qeyd edək ki, külək elektrik stansiyasında turbinlərin ümumi sayı 37 olacaq: onlardan 12-i Abşeronda quraşdırılıb, 25-i Xızıda quraşdırılacaq. Xızıdakı 25 külək turbinindən ibarət olan hissənin ümumi gücü isə 162 MVt olacaq. Hər bir turbin 6,5 meqavat gücdədir
Xatırladaq ki, "ACWA Power"in Mərkəzi Asiya üzrə prezidenti Abid Malik Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində stansiyanın test rejimində elektrik enerjisinin istehsalına başlayacağı bildirmişdi.