ADY-nin günəş panelləri 90 min kVts təmiz enerji istehsal edib

AZƏRBAYCAN
GÜNƏŞ

image

Təmiz enerjidən istifadə nəticəsində dəmir yollarının karbon izinin azaldılmasına mühüm töhfə verilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) 2021-ci ildə açılışı olmuş yeni Biləcəri lokomotiv deposunda 307, 2022-ci ildə istifadəyə verilmiş yeni Gəncə lokomotiv deposunda isə 350 panel quraşdırılıb.

ADY məlumatına görə, günəş panelləri 2024-cü ildə 90 min kVts “yaşıl” elektrik enerjisi istehsal edib. Əldə edilmiş təmiz enerjidən istifadə nəticəsində 8 min kubmetrdən çox təbii qaza qənaət edilib və 20 min kiloqram karbon emissiyasının qarşısı alınıb.

"ADY kağız tullantıları təkrar emala göndərir, eyni zamanda, sənaye sularını təmizləyərək təkrar istifadəyə cəlb edir. Bundan başqa, müntəzəm ağacəkmə və iməcilik aksiyaları təşkil edilir, tikinti işləri zamanı flora və faunanın müvafiq tələb və standartlara uyğun mühafizəsi təmin edilir", - qurumdan əlavə olunub.

Renewables.az


OXŞAR XƏBƏRLƏR