Azerbaijan Green Energy Company MMC-nin törəmə müəssisəsi "Clean Energy Invest Naxçıvan" MMC Layihə Koordinatoru vakansiyası elan edib.
İş yeri: “Clean Energy İnvest Naxçıvan” MMC, Port Baku Tower 1
İş rejimi: Tam ştat
Tabelik: Layihə Meneceri (funksional)
İşin xülasəsi
- Layihə Koordinatoru layihələrin planlaşdırılması, icrasının monitorinqi və hesabatlılığın təmin olunması proseslərində Layihə Menecerinə dəstək göstərir.
Vəzifə öhdəlikləri
- Layihə planlarının, vaxt cədvəllərinin və fəaliyyət qrafiklərinin hazırlanmasına dəstək göstərmək;
- Layihə üzrə gündəlik əməliyyat proseslərini koordinasiya etmək;
- Mühəndislərin, podratçıların və məsləhətçi (konsultant) şirkətlərin fəaliyyətinin koordinasiyası və idarə olunmasına dəstək;
- Dövlət qurumları ilə rəsmi yazışmaların və əlaqələrin təşkili, müqavilələrin və dövlət icazələrinin alınması prosesinin koordinasiyası və dəstəyi;
- Layihə üzrə xərclərin monitorinqi, invoysların yoxlanılması və təsdiq prosesinin koordinasiyası.
- Görüşlərin təşkili, protokolların hazırlanması və tapşırıqların icrasında dəstək;
- Layihə sənədlərinin düzgün arxivləşdirilməsini və yenilənməsini təmin etmək;
- Aylıq və həftəlik hesabatların hazırlanmasına dəstək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər
- İdarəetmə, mühəndislik, bərpa olunan enerji və ya müvafiq sahə üzrə ali təhsil;
- Layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş təcrübəsi (bərpa olunan enerji layihələri üzrə təcrübə üstünlükdür);
- Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı;
- Analitik düşünmə və təşkilatçılıq bacarığı;
- Komanda ilə işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini recruitment@agec.az elektron poçt ünvanına göndərə bilərlər.
2026-cı ildə təsis edilmiş və “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan CEİ Naxçıvan MMC (CEI N) əsas fəaliyyətini günəş fotovoltaik elektrik stansiyaları başda olmaqla bərpa olunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi və icrasına yönəldir. Şirkət Azərbaycanın dekarbonizasiya hədəflərinə töhfə verməyi və ölkədə bərpa olunan enerji sektorunun davamlı inkişafını prioritet istiqamət kimi müəyyən etmişdir. CEI N dövlət qurumları və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək məsuliyyətli investisiya, innovativ yanaşma və yüksək keyfiyyət standartlarının tətbiqini təşviq edir.
