Aİ geotermal enerji stansiyasında “sıfır karbon” texnologiyası üçün maliyyə ayırıb
DÜNYA
•
GEOTERMAL
16 sentyabr 2021 • 15:33 (UTC+4)
İslandiyada yerləşən “Hedlisheydi” geotermal elektrik stansiyasının karbon emissiyalarını təmizləmə müəssisəsi üçün Avropa İttifaqı (Aİ) 3,9 milyon avro maliyyə yardımı ayırıb.
İslandiyanın “Carbfix” və “ON Power” şirkətlərinin “Silfurberg” innovativ layihəsi, ölkənin ən yüksək qrant almış iqlim layihələrindəndir.
Geotermal elektrik stansiyası 303 MVt elektrik və 133 MVt termal su gücünə sahibdir.
Qeyd edək ki, “Hedlisheydi” stansiyası dünyanın üçüncü böyük geotermal enerji müəssisəsidir.