Almaniyada külək elektrik stansiyaları üçün daha çox ərazi tələb olunub

KÜLƏK

12 sentyabr 2022 20:35 (UTC+4)
image

Almaniya Enerji və Su Sənayeləri Birliyi (BDEW) hökumətdən külək elektrik stansiyalarının inşası üçün ayrılan sahələrin ikiqat artırılmasını istəyib.

“Berpaolunanenerji.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu məsələnin 2030-cu ilə qədər həll olunması üçün hökumətə müraciət edib.

Bildirilir ki, BDEW üçün ayrılan ərazilərin 0,8 %-i külək enerjisi üçün münasibdir və bunun artıq 0,5 %-i istifadə olunub. 2030-cu ilə qədər mövcud ərazilər ikiqat artırılmalıdır.


 

OXŞAR XƏBƏRLƏR