Avropa Komissiyası: Bərpa olunan enerji istehsalı 39 faiz təşkil edib
DÜNYA
-
25.01.2023 12:52 (UTC+04:00)
2022-ci ilin üçüncü rübündə Avropa İttifaqı (Aİ) ölkələrində ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 39 faizə yüksəlib.
"Renewables.az"ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda qeyd edilib.
"Bərpa olunan enerji müstəqilliyimiz üçün yaşıl işıqdır. Bərpa olunan enerji istehsalındakı göstərici, günəş enerjisindəki 28 faiz, külək enerjisindəki 7 faizlik artımın nəticəsində yüksəlib. Rusiyanın fosil yanacaqlarından təmiz enerjiyə doğru sürətlə uzaqlaşırıq", - məlumatda bildirilir.