Azərbaycanın SES-lərində enerji istehsalı 2 dəfədən çox artıb

AZƏRBAYCAN HİDRO

19 mart 2024 11:54 (UTC+4)
image

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 268,3 milyon kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146,7 mln. kVt-saat və ya 2,2 dəfə çoxdur. 

Hesabat dövründə "Azərenerji" ASC üzrə SES-lərdə 257,9 milyon kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 8,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

OXŞAR XƏBƏRLƏR