Azərbaycanda külək enerjisi istehsalının 66 faizi "Azərişığ"ın stansiyalarından olub

AZƏRBAYCAN KÜLƏK

25 aprel 2024 14:43 (UTC+4)
image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2024-cü ilin yanvar-mart aylarında "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 9,5 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

Renewables.az xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 mln. kVt-saat və ya 20 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda külək enerjisi istehsalı 14,3 mln. kVt-saat təşkil edib. Bununla, ölkə üzrə külək enerjisi istehsalının 66 faizi "Azərişıq" ASC üzrə stansiyalardan olub.

OXŞAR XƏBƏRLƏR