Azərbaycanda külək enerjisi istehsalının 74 faizi "Azərişığ"ın stansiyalarından olub

AZƏRBAYCAN KÜLƏK

13 yanvar 2024 19:14 (UTC+4)
image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ildə "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 41,9 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

Renewables.az xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə nisbətən 20,7 mln. kVt-saat və ya 33 faiz azdır.

Qeyd edək ki, Respublikada külək enerjisi istehsalı 56,6 mln. kVt-saat təşkil edib. Bununla, külək enerjisi istehsalının 74 faizi "Azərişıq" ASC üzrə stansiyalardan olub.

OXŞAR XƏBƏRLƏR