Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı müzakirə edilib

AZƏRBAYCAN

17 iyul 2024 11:12 (UTC+4)
image

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Renewables.az-a bu barədə Nazirlikdən bildirilib.

Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi, o cümlədən “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarının enerjisistemə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib.

Görüşdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR