Azərbaycanla Mərakeş arasında enerji əməkdaşlığına dair saziş təsdiqlənib

AZƏRBAYCAN

25 dekabr 2023 11:52 (UTC+4)
image

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Renewables.az President.az saytına istinadla xəbər verir ki, Fərmana əsasən, Energetika Nazirliyi Sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

OXŞAR XƏBƏRLƏR