Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb, P. Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə qlobal enerji təhlükəsizliyi, ikitərəfli enerji gündəliyi, karbohidrogen və "yaşıl enerji" ixracı, "Azərbaycan-Türkiyə Enerji Forumu"nun növbəti iclası ilə bağlı məsələlər müzakirə edilib.
Nazirliyin məlumatına görə, görüşdə qlobal enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatının təminatında Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının roluna toxunulub. Qaz təchizatı sahəsində mövcud vəziyyət dəyərləndirilib. Həmçinin “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin inkişafı nəzərdən keçirilib. Proseslərin sürətləndirilməsi razılaşdırılıb. Söhbət zamanı “Azərbaycan-Türkiyə Enerji Forumu”nun növbəti iclasının il ərzində Azərbaycanda keçirilməsi də müzakirə edilib.
Antalya Diplomatiya Forumu (@AntalyaDF) çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla (@aBayraktar1) qlobal #enerjitəhlükəsizliyi, ikitərəfli #enerjigündəliyi|mizin #karbohidrogen, #yaşılenerji|nin ixracı və “Azərbaycan-Türkiyə Enerji… pic.twitter.com/8RbTjel4Xd
— Parviz Shahbazov (@ParvizShahbazov) April 17, 2026
