Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerji” üzrə işçi qrupun təşəbbüsü ilə seminar keçirilib

AZƏRBAYCAN

image

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerji” üzrə işçi qrupun təşəbbüsü ilə seminar keçirilib.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (BOEMDA) bildirilib.

Türkiyə tərəfindən bərpa olunan enerji sahəsində “Bərpa olunan enerjidə rəqəmsal transformasiya”  mövzusunda aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə onlayn formatda seminar keçirilib. Seminarda ilk olaraq çıxış edən BOEMDA-nın Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev iştirakçıları salamlayaraq, seminarın təşkili üçün Türkiyə tərəfinə öz dərin təşəkkürünü bildirib və bu kimi seminarların gələcəkdə də aidiyyəti qurumların iştirakı ilə davam etdiriləcəyini vurğulayıb.

Daha sonra təqdimatla çıxış edən BOEMDA-nın Layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Emil Kərimzadə Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişaf dinamikası, eyni zamanda sözügedən sahə üzrə dövlət tərəfindən irəli sürülən təşviqlər və maliyyə mexanizmləri haqqında məlumat verib. Həmçinin Azərbaycanın 2030-cu ilədək üzərinə götürdüyü iqlim hədəfləri və 2027-ci ilə qədər tikilməsi planlaşdırılan külək və günəş elektrik stansiyaları haqqında məlumatlar diqqətə çatdırılıb. Sonda isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən yaşıl enerji zonası üzrə görülmüş işlər və Naxçıvan Muxtar Respublikasında "Yaşıl Enerji Zonası" Konsepsiyasının hazırlanması ilə bağlı seminar iştirakçıları məlumatlandırılıb.

Seminar gündəliyə uyğun olaraq “Rüzgar ve Güneş Enerjisinden Üretilecek Elektrik Enerjisi için Tahmin Sistemleri ve Şebeke Entegrasyonu”, “Entegrasyonun Anahtarı: Yenilenebilir Enerji Depolamada Batarya Teknolojileri ve Optimizasyon Stratejileri” və “Öngörülebilir Bakım: Yenilenebilir Enerji Santrallerinde Bakım ve Onarım için Dijital Dönüşüm, Nesnelerin İnterneti ve Veri Analitiği” mövzularda "Türkiye Elektrik İletim Anonim Şirketi" (TEİAŞ), "Pomega Enerji Depolama Teknolojileri A.Ş" və "Werover" şirkət nümayəndələrinin çıxışları ilə davam edib. Seminarda ümumilikdə aidiyyəti qurumların 80-dən çox nümayəndəsi iştirak edib.

Sonda mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR