Azərbaycan və Gürcüstan alimləri yaşıl hidrogenin strateji əhəmiyyətini araşdırıb

AZƏRBAYCAN
TƏMİZ HİDROGEN

image

Kimya İnstitutunun “Nanoelektrokimya və Hidrogen enerjisi” laboratoriyasının müdiri, professor Akif Əliyevin gürcüstanlı həmkarları ilə birlikdə “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan Q1 kateqoriyalı “International Journal of Hydrogen energy” jurnalında “Green hydrogen energy prospects: Georgia - Azerbaijan strategic partnership” (“Yaşıl hidrogen enerjisi perspektivləri: Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı”) adlı məqaləsi dərc olunub.

Kimya İnstitutunun məlumatına görə, məqalədə XXI əsrin enerji keçidi kontekstində Gürcüstanda yaşıl hidrogenin inkişaf potensialı və onun Azərbaycanla enerji əməkdaşlığındakı strateji əhəmiyyəti, xüsusən də iqlim dəyişikliyi və ətraf mühit problemlərinin enerji idxalından asılılığın azaldılmasını və bərpa olunan enerjinin inkişafının sürətləndirilməsi araşdırılır.

Burada yaşıl hidrogen istehsalı üçün innovativ materialların və metodların bərpa olunan enerji mənbələrinin məkan xəritələşdirilməsi və elektrokimyəvi tədqiqatlar vasitəsilə necə istifadə edilə biləcəyi müzakirə olunur. Məqalədə beynəlxalq təşkilatların son enerji siyasəti sənədləri nəzərdən keçirilir və təhlil edilir, innovativ və inteqrasiya olunmuş enerji modelləri təklif olunur. Həmçinin Gürcüstan və Azərbaycanın yaşıl enerjinin genişlənməsini sürətləndirmək üçün lazımi şəraitə malik olduğu nümayiş etdirilir.



OXŞAR XƏBƏRLƏR