Azərbaycan və Gürcüstan interkonnektor layihələrində fəaliyyəti intensivləşdirəcək

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Energetika naziri Pərviz Şahbazovla Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili arasında görüş olub.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə qardaşlıq, tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin mövcud olduğu bildirilib. Dövlət başçıları arasındakı möhkəm münasibətlər, güclü iqtisadi əlaqələr və strateji enerji tərəfdaşlığının ikitərəfli və regional əməkdaşlığın inkişafında əsas amil olduğu vurğulanıb.

Bildirilib ki, neft - qaz sahəsində əməkdaşlıq artıq real nəticələr verir. Bu ilin ilk 5 ayında Gürcüstana 1,6 milyard kubmetr qaz tədarükü təmin olunub. Həmçinin elektrik enerjisinin ixracı, tranziti, Gürcüstanla birgə Qara dəniz sualtı kabeli və quru xətti ilə Avropa ölkələrinə enerji tədarükü üzrə yaşıl enerji dəhlizi və interkonnektor layihələrinin icrası ilə bağlı müzakirələr aparılıb. Xüsusilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin hər iki ölkə üçün strateji əhəmiyyəti vurğulanaraq, layihə əməkdaşlığın dərinləşdirilməsində mühüm mərhələ kimi dəyərləndirilib. Söhbət zamanı “Yaşıl Enerji Dəhlizi” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektor layihələrində irəliləyişləri təmin edəcək birgə tədbirlərə diqqət yetirilib, koordinasiyalı fəaliyyətin intensivləşdirilməsi razılaşdırılıb.

Azərbaycan Gürcüstanda 2025-ci il oktyabrın 23-də keçiriləcək İpək Yolu Forumuna dəvət edilib.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR