Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyinin məlumatına görə, görüş zamanı, neft və neft məhsulları, elektrik enerjisi, eləcə də yaşıl enerji və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əməkdaşlıq, o cümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
