Azərbaycan və Sloveniya arasında enerji əməkdaşlığının inkişaf perspektivləri dəyərləndirilib, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazirin sözlərinə görə, müzakirələr Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşdə baş tutub.
Sloveniya tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.
Within the framework of the Antalya Diplomacy Forum (@AntalyaDF) held in Türkiye, we met with the Minister of Environment, Climate and Energy of Slovenia Bojan Kumer. We assessed the prospects for the development of Azerbaijan–Slovenia #energycooperation.#ADF2026 pic.twitter.com/hstemCr6cO
— Parviz Shahbazov (@ParvizShahbazov) April 17, 2026
