Azərbaycan "Vestas" şirkəti tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivlərini nəzərdən keçirib.
Renewables xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Danimarkanın "Vestas Wind Systems A/S" şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirdik. Görüş zamanı Azərbaycanın yaşıl enerji ixracı üzrə regional mərkəzə çevrilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik. Birgə layihələrin həyata keçirilməsi, "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində külək enerjisinin ixracı və şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivlərini nəzərdən keçirdik", - nazir qeyd edib.
We held a video conference with Morten Dyrholm, the Group Senior Vice President for Marketing, Communications, Sustainability and Public Affairs at Denmark's Vestas Wind Systems A/S.
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 29, 2026
During the meeting, we discussed opportunities for cooperation in transforming #Azerbaijan into… pic.twitter.com/BYrAWpvLuv
