Azərbaycanda bərpa olunan enerji ilə təmin edilən mənzillərdə fərdi istilik sistemlərinə icazə veriləcək – QƏRAR

AZƏRBAYCAN

image

Nazirlər Kabineti "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ı təsdiq edib.

Renewables xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.

Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına 3 halda icazə veriləcək: 

  1. Çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda;
  2. Çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda;
  3. Çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda.


OXŞAR XƏBƏRLƏR