Azərbaycanda hidroenerji istehsalı azalıb

AZƏRBAYCAN HİDRO

14 yanvar 2026 14:19 (UTC+4)
image

2025-ci ildə Azərbaycanın su elektrik stansiyalarında (SES) 2 mlrd. 842,5 mln. kVts elektrik enerjisi istehsal edilib. 

Renewables.az Energetika Nazirliyinin açıqladığı elektrik enerjisinə dair operativ məlumatlara istinadla xəbər verir ki, bu da 2024-cü illə müqayisədə 168,5 mln. kVts və ya 5,6 faiz azdır.

Məlumatlara görə, ötən il “Azərenerji” ASC üzrə su elektrik stansiyalarında 2 mlrd. 827,1 mln. kVts (+0,4 %) elektrik enerjisi istehsal edilib.

OXŞAR XƏBƏRLƏR