Bu ilin birinci rübündə Azərbaycanın külək elektrik stansiyalarında 247,7 mln. kVts elektrik enerjisi istehsal edilib.
Renewables.az Energetika Nazirliyinin açıqladığı elektrik enerjisinə dair operativ məlumatlara istinadla xəbər verir ki, bu da 2025-cü ilin müvafiq dövrü ilə müqayisədə 238,2 mln. kVts və ya 26,1 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 mln. kVts (+25,4 %) elektrik enerjisi istehsal edilib.
