Azərbaycanda yeni KSES-lərin tikintisinə sərf olunacaq vəsaitin həcmi müəyyənləşib

AZƏRBAYCAN HİDRO

11 iyul 2025 13:57 (UTC+4)
image

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti yeni kiçik su elektrik stansiyalarının (KSES) tikintisi ilə bağlı tenderlər elan edib.

İlk tender Kəlbəcər şəhəri və Qubadlı rayonunun Eyvazlı kəndində yerləşəcək KSES-lərin tikintisini və onların enerji sisteminə inteqrasiyasını əhatə edir. Bu layihələrin ehtimal olunan qiyməti 36.957.458,12 AZN təşkil edir. 

İkinci tender Laçın rayonunun Qoşasu, Seyidlər və Bülövlü kəndlərində yerləşəcək KSES-lərin tikintisini əhatə edir. Bu layihələrin ehtimal olunan qiyməti isə 55.167.900,00 AZN olaraq göstərilib. 

OXŞAR XƏBƏRLƏR