“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar şurasının sədri Muhammad Abunayanın rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş olub.
Renewables.az bu barədə “AzərEnerji”yə istinadən xəbər verir.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi edilib. 240 MVt-lıq “Xızı” Külək Elektrik Stansiyasının icra vəziyyəti barədə müzakirələr aparılıb.