"Azerbaijan Green Energy Company" MMC-nin yaranmasından 2 il keçir

AZƏRBAYCAN

image

Bu gün "Azerbaijan Green Energy Company" MMC (AGEC) şirkətinin yaranmasının 2 ili tamam olur. 

İki il ərzində şirkət bərpa olunan enerji sahəsində ölkəmizin davamlı inkişaf hədəflərinə sadiq qalaraq mühüm addımlar atıb.

AGEC-in mühüm nailiyyətlərindən birincisi onun portfelinə daxil olan “Clean Energy Cəbrayıl” MMC tərəfindən Cəbrayıl rayonunda həyata keçirilən 50 MW-lıq günəş enerjisi layihəsidir. Həmin layhənin təməli 2025-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulub.

AGEC-in törəmə strukturu olan “Clean Energy Capital” MMC, “Baltech Green” MMC ilə birgə “Kalbajar Energy” adlı müəssisə yaradaraq Kəlbəcərdə 200–240 MW gücündə külək enerjisi layihəsinin inkişafı istiqamətində strateji addım atıb.

Şirkət Xəzər dənizində külək enerjisi layihəsi üzrə ilkin tədqiqat və hazırlıq işlərinin aparılması məqsədilə Energetika Nazirliyi ilə icra müqaviləsi imzalayıb.

Naxçıvan Muxtar Respublikasında 25 MW gücündə günəş elektrik stansiyasının tikintisinə hazırlıq işləri aparılır.

AGEC, eyni zamanda yaşıl enerji zonaları və investisiya müzakirələri kimi sahəvi tədbirlərdə təmsil olunaraq bərpa olunan enerji potensialının artırılması ilə bağlı müzakirələrdə fəal iştirak edib. Şirkət özəl sektor və dövlətlə əməkdaşlıq çərçivəsində innovativ yaşıl enerji investisiyalarını həyata keçirir və bərpa olunan enerji sahəsində yeni standartların yaradılması istiqamətində çalışır.

Renewables.az 2 illiyi münasibətilə AGEC kollektivi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır!



OXŞAR XƏBƏRLƏR