Energetika naziri Pərviz Şahbazov "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Konnor Teski ilə görüşüb.
Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, görüşdə yaşıl enerji dəhlizləri və enerji keçidi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib, eyni zamanda bərpa olunan enerji və enerji infrastrukturunun inkişafı istiqamətində şirkətlə investisiya imkanları üzrə fikir mübadiləsi aparılıb.