Azərbaycanda günəş enerjisi istehsalı 25 faizdən çox artıb

AZƏRBAYCAN GÜNƏŞ

15 aprel 2025 14:59 (UTC+4)
image

Cari ilin I rübündə ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 112,5 mln. kVt-saat təşkil edib.

Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 mln. kVt-saat və ya 25,7 % çoxdur.

Qeyd edək ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 13,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

OXŞAR XƏBƏRLƏR