Baş nazir: "Albaniya şirkətləri Qarabağa enerji sahəsinə sərmayə qoymaqda maraqlıdır"
AZƏRBAYCAN
16 aprel 2022 • 02:21 (UTC+4)
Albaniya şirkətləri Qarabağa sərmayə qoymaqda maraqlıdırlar.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Trend-ə özəl müsahibəsində aprelin 14-də Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama deyib.
"Mən bu barədə Baş nazir Əli Əsədova dedim, o isə buna baxmağa hazır olduğunu bildirdi", - deyə E.Rama bildirib.
Albaniyanın Azərbaycandan hansı sahələrə investisiya cəlb etmək istədiyi barədə sualı cavablandıran Baş nazir enerji və turizm istiqamətlərini qeyd edib.