Bakı Limanı ərazisində tam olaraq külək və günəş enerjisindən istifadə ediləcək

AZƏRBAYCAN GÜNƏŞ KÜLƏK

25 avqust 2021 15:51 (UTC+4)
image

Bakı Limanında (Port of Baku) ekologiyanı daha yaxşı qorumaq üçün yeni strategiya hazırlanıb.

Bu barədə "Berpaolunanenerji.az" “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu strategiyaya əsasən 2035-ci ilə qədər Bakı Limanında istixana qazı emissiyası sıfıra endiriləcək. Bunun üçün də bir sıra yeniliklərin tətbiqi planlaşdırılır:

  • liman ərazisində yalnız yaşıl yanacaqla işləyən nəqliyyat vasitələrindən (elektromobillərdən və s.) və avadanlıqlardan istifadə ediləcək;

  • liman akvatoriyasına daxil olan gəmilər tam olaraq elektrik enerjisi ilə təmin ediləcək;

  • liman akvatoriyasında yalnız elektriklə və ya yaşıl yanacaqla işləyən yedək gəmilərilərindən istifadə ediləcək;

  • liman ərazisi və akvatoriyasında tam olaraq yalnız yaşıl, o cümlədən günəş və külək enerjisindən istifadə ediləcək;

  • bütün ofis binaları və tikililər yaşıl bina standartlarına uyğunlaşdırılacaq.

Qeyd edək ki, Bakı Limanı regionda “Yaşıl Liman” statusuna layiq görülən ilk limandır.


 

OXŞAR XƏBƏRLƏR