Balakən KSES-də 24,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilib

AZƏRBAYCAN HİDRO

3 avqust 2024 18:54 (UTC+4)
image

Balakən çayının üzərində tikilmiş “Balakən” Kiçik Su Elektrik Stansiyası (KSES) 2014-cü ildən istismara verilib.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, hər birinin gücü 0,48 MVt olan üç hidroaqreqatdan ibarət stansiyanın ümumi gücü 1,44 MVt-dır.

“Balakən” KSES-də istismar edildiyi tarixdən bu günədək ümumilikdə 24,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

OXŞAR XƏBƏRLƏR